Reklam verin!
Yuma Ailə Jurnalı
 Həyatın Bir Anı : İzzət Bağırov a Efir Məhdudiyyəti

Navigation


RSS: Yazılar



İzzət Bağırov a Efir Məhdudiyyəti

Aprel 15, 2008 13:44, Şou & Biznes Həyat, Kənan, Şərhlər(0)

İZZƏT BAĞIROVA EFİR MƏHDUDİYYƏTİ

Müğənninin fikrincə, bəzi telekanallar və radio dalğaları onun yaradıcılığına maraq göstərmirlər

Vaxtilə siması ekranların yaraşığına çevrilən müğənni İzzət Bağırov indi bunun xiffətini çəkir. Müğənninin etirafına görə, bir neçə kanalda, eyni zamanda, radio dalğalarında onun musiqi nömrələrinə az rast gəlmək olur. Elə radio dalğaları var ki, müğənninin ifasını aylarla səsləndirmir. Bu qənaətdə olan İzzət Bağırov məhdudiyyətin səbəbini anlaya bilmədiyini söylədi: "ATV telekanalı və onun iki radiosundan başqa, digər kanallar mənim yaradıcılığıma soyuq yanaşırlar. Hətta vətənpərvər mahnılarım belə xüsusi günlərdə səsləndirilmir".

Bəzi verilişlərin "pullu xidmət"ə keçdiyini müğənninin diqqətinə çatdıranda müğənni sənətinin pulla ölçülmədiyini qətiyyətlə söylədi:
"Düşünmürəm ki, gənc yaşlarından sənətdə olan, "7-17"nin unudulmaz iştirakçılarından olan bir sənət adamından maddiyyat tələb edilsin. Əgər belə niyyəti olan varsa, bunu ağlından tamamilə silsin. Çünki kifayət qədər sənət təcrübəsi olan bir insanın tamaşaçının qarşısına pul gücünə çıxmasını qəbul edə bilmirəm".
Buna baxmayaraq, qapı döymək niyyətində olmayan İzzət Bağırov mahnılarının onsuz da sevildiyini qeyd etdi.//Ayna 

Baxış sayı: 84
Açar sözlər: izzət 
Bookmark and Share





Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



Blog Haqqında

Kənan

Həyatın Bir Anı Şəkillərdə Birləşir !

Məmimlə Əlaqə:

E mail:Bosslider777@inbox.ru


Bölmələr


Archive


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu


Açar sözlər


Sayqaç


Müxtəlif