229 saylı məktəbin direktoru Qənirə Səfərova hətta təhsil nazirindən də qorxmadığını deyirmiş
Bakı şəhəri 229 saylı məktəbin direktoru Qənirə Səfərova 11-ci sinfi bitirmiş məzunlara attestat verilməsi qarşılığında rüşvət tələb etdiyinə görə işdən azad edilib. Bu barədə həmin məktəbin məzunlarından birinin valideyni Hilal Əlif oğlu Məmmədov APA-ya göndərdiyi məktubunda bildirib.
H.Məmmədov qeyd edib ki,
Q.Səfərova 11-ci sinfi uğurla bitirmiş məzunlara attestat verilməsindən ötrü əvvəlcə 100, sonra 50, ən sonda isə 20 manat “şirinlik” tələb edib: “229 saylı məktəbin məzunu olan oğluma da ilk günlər pulsuz attestat verməyəcəyini bildirən direktor iyunun 23-də ”şirinliyi" 20 manata saldığını bildirib. Oğlum Qənirə müəllimədən maddi imkanımız olmadığından attestatı pulsuz verməsini xahiş etsə də, o, rəhmə gəlməyib. Əksinə, oğlumu qapısından qovaraq “Sənin attestatını hələ almamışam, nə vaxt pulu verərsən, onda da attestatını gətirdərəm” deyib. Kor-peşman evə qayıdan övladımın keçirdiyi sarsıntılara dözməyib Təhsil Nazirliyinə bu barədə rəsmən məlumat verdim. Nazirliyin nümayəndəsi bu problemin 20-30 dəqiqəyə yerində həll ediləcəyini vəd etdi. Oğlumla birgə direktorun yanına gedən nazirlik nümayəndəsi özünü oğlumun dayısı kimi təqdim edərək tələb edilən məbləği direktora verib, o da qeydiyyata alınmış pulu götürdükdən sonra attestatı səhəri gün saat 10-da verəcəyini bildirib. Sonradan nazirlik nümayəndəsi özünü Qənirə Səfərovaya rəsmi şəkildə təqdim etsə də, o, “Qoy, nazir öz işi ilə məşğul olsun” söyləyib, harasa zəng vurub, bunun ardınca isə məktəbi tərk edib. Direktorun qanunsuz əməllərinin əyani şahidi olmuş nazirlik nümayəndəsi nazirə bu barədə məlumat verəndən sonra Qənirə Səfərova işdən azad edilib. Məlumatıma görə, onun barəsində araşdırma da başlanılıb".
Bakı Şəhər Baş Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev Q.Səfərovanın işdən çıxdığını təsdiqləsə də bunun attestatların rüşvətlə verilməsi ilə bağlı olmadığını deyib. 13 il direktor işləyən Q.Səfərovanın öz ərizəsi ilə işdən azad edildiyini deyən B.Nəbiyev hazırda məktəbdə idarəolunma ilə bağlı araşdırmanın aparıldığını da söyləyib. BŞTİ nümayəndəsi 229 saylı məktəbdən onlara attestatların rüşvətlə verilməsi faktı ilə bağlı şikayətin daxil olmadığını da qeyd edib.
Men 229 sayli orta mektebin sagirdlerinden biriyem!
Heqiqetende qenire seferova-nin muqeddes muellim adina leke vuran bir sexs oldugunu butun sinif yoldashlarimin adindan tesdiqleyirem!
Hetde bu gozudoymaz,rusvetxor direktor dovletin kecirdiyi mekteb imtahanlarina buraxilish kodu bele 5 manata satmishdir,biz ondan pulu neye gore odediyimizi sorushduqda, o bize "imtahan kitabcalarini deyishdiribler ve buna gore de yeni kitabcalarin alinmasi ucun pul odemeliyik" deyirdi!
Hele bu az deyilmish kimi o oz ishine cox laqeyid yanashmish,uzurlu ve uzursuz sebeblere gore derse gelmeyen sagirdlerdende her buraxilmish gun ucun 2 manat mebleginde "CERIME" teleb etmishdir!O hetta utanmayaraq sagirdleri otagina cagirib "SHTRAF"-i odeyin deyerek tehqir edirdi!
Bele bir direktorun ifsha olunmasina komek eden Hilal Elif Oglu Memmedova oz minnatdarliqimizi bildirik!
Indi siz deyin,onu bagishlamaq olarmi?!
İyul 15, 2008 17:55