Reklam verin!
 Həyatın Bir Anı : sebebkar.azeriblog.com

Navigation


RSS: Yazılar



Ümumi etiraz

Aprel 16, 2008 21:44, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Mən İsanı Xilaskar kimi qəbul edərəmsə, xaçpərəst sayılmayacağammı?

Davamı...

Baxış sayı: 69
Açar sözlər: ümumi 
Bookmark and Share

İman nədir?

Aprel 16, 2008 21:25, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

İlk növbədə gəlin, imana aid olmayan şeylərə nəzər salaq:

1. Bu inam, bizim tarixi hadisələrə düşüncəmizlə qiymət verdiyimiz inam deyil. Məsələn, "mən inanıram ki, Nizami Gəncəvi Azərbaycanın tanınmış şairidir" Bu, əqli inamdır. Lakin tam inam üçün kifayət etmir. Dünyada bir çox insanlar Allaha inanırlar, ancaq bu o demək deyil ki, onlar ruhani həyat sürür və əbədi həyat qazanacaqlar. İncildə, Həvari Yaqubun məktubu, 2-ci fəsil 19-cu ayədə deyilir: "İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən; cinlər də iman edir və titrəyirlər!" Günahkarların çoxu Allaha inanır, amma ondan ayrıdırlar və günahın buxovundadırlar.

Davamı...

Baxış sayı: 111
Açar sözlər: iman 
Bookmark and Share

İncil haqqında

Aprel 16, 2008 21:03, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

İncilə 27 kitab daxildir. Bu kitablar İsa Allahın dərgahına çəkildikdən 50 il sonra 10 müəllif tərəfindən Yunan dilində yazılmışdır. Bu kitabların insan tərəfindən yazılmasına baxmayaraq, müəlliflər Allah tərəfindən idarə edilmiş, Müqəddəs Ruh vasitəsilə ilhamlandırılmışlar. Allah xəbərini öz ardıcıllarına vermiş və sonradan onlar Allahın Sözünü kitaba köçürmüşlər. Allah tərəfindən göndərilən peyğəmbərlər Allahın onlara nazil etdiyi sözləri insanlara çatdırdığı kimi, İncilin müəllifləri də Allahın onlara nazil etdiyi sözləri, vəhyləri və şahidi olduqları hadisələri Müqəddəs Ruhun qüvvəsi və köməyi ilə Kitaba yazmışlar. Bu haqda İncildə 2 Peter 1-ci fəsil, 20-21-ci ayələrdə deyilir:'' çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar''. İncil Allahın yazılmış kəlamı və həqiqətidir. Çoxları İncilin dəyişdirildiyini iddia edirlər, lakin onların əsassız etirazlarına heç bir sübut yoxdur. Əksinə, kəlamın dəyişdirilmədiyinə isə sübutlar çoxdur.

Davamı...

Baxış sayı: 69
Açar sözlər: incil 
Bookmark and Share

Allahın yolu

Aprel 16, 2008 20:55, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Allah yaratdığı insanları sevir və Onunla insanlar arasında qırılmış münasibəti bərpa etmək üçün öz planı var. Siz soruşa bilərsiniz, Allah bizə öz qanun və əmrlərini nəyə görə verdi? Bunu başa düşmək üçün aşağıda təsvir olunmuş misalı nəzərdən keçirək:

İnsanın özünü xilas etmək cəhdləri:

Davamı...

Baxış sayı: 66
Açar sözlər:
Bookmark and Share

İnsanın yolu

Aprel 16, 2008 20:52, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Çoxları belə fikirləşirlər: insanlar yaxşı işlər görməlidirlər ki, son gündə yaxşı işləri, pis işlərindən tərəzidə çəkilirmiş kimi, üstün olsun və Allah onları cənnətə qəbul etsin. Bu həqiqət deyil. Çoxlarının günahları (necə ki, Zəbur 14-cü məzmurda yazılmışdır "bir nəfər də olsa, saleh yoxdur") yaxşı əməllərindən qat-qat çoxdur. Amma belə düşünmək heç bir əsas vermir, çünki Allah bizi bu cür mühakimə etmir. Kəlamda deyilir ki, əgər bütün Qanunlara riayət etsəniz və büdrəyib, qanunun birinə riayət etməsəniz, bu halda qanunun bütün müddəalarını pozmuş olursuz (İncil; Həvari Yaqubun kitabı, 2-ci fəsil, 10-cu ayə).

Davamı...

Baxış sayı: 85
Açar sözlər: insan 
Bookmark and Share

Bu, sizin axirət dünyanız üçün nə deməkdir?

Aprel 16, 2008 20:40, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

1. Bu onu göstərir ki, biz günahlı olduğumuza görə öləndən sonra göylərə (cənnətə) gedə bilməyəcəyik. Allah müqəddəsdir, biz isə günahkarlarıq və yuxarıda göstərilən ayəyə əsasən, Allahdan ayrılmışıq. Ruhən ölü və Onun qarşısında etdiyimiz günahlara görə təqsirkar olduğumuz üçün Allahla ruhani birliyimiz yoxdur.

Davamı...

Baxış sayı: 68
Açar sözlər: axirət 
Bookmark and Share

Bu ölüm həyatınız üçün nə deməkdir?

Aprel 16, 2008 20:34, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Bu, o deməkdir ki, siz Allahla olan ruhani əlaqədən, Onun hüzurunu tanımaqdan, məhəbbətindən, gücündən və bağışlanmasından məhrumsunuz. Buna görə çox insanların ürəklərində sülh yerinə qorxu, narahatçılıq və təqsirkarlıq hissi olur. Onlar Allahın məhəbbətini hiss etmir, buna zidd olaraq nifrət və kin içərisində yaşayırlar. Onlar Allahdan güc ala bilmədiklərindən həyatlarını dəyişərək, günahdan və onun nəticələri olan sərxoşluq, yalan, tamahkarlıq, küfr, siqaret çəkmək, zina, narkomaniya və s. kimi pis meyllərə qalib gələ bilmirlər. Bu, insanın irsən aldığı günahlı təbiət üzündən digər insanlarla ruhani vəhdətdə və sülhdə yaşaya bilməməsinin səbəbidir.

Davamı...

Baxış sayı: 66
Açar sözlər: doğu 
Bookmark and Share

Allahın 10 Əmri

Aprel 16, 2008 20:31, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(1)

Çıxış kitabı 20-ci fəsil, 1-ci ayədən 21-ci ayəyə qədər.

1. Məndən başqa allahların olmasın.

2. Özün üçün heç bir oyma büt, nə yuxarıda-səmada və aşağıda-yerdə, nə də yerdən aşağıda yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin minlərlə nəslinə isə məhəbbət göstərərəm.

Davamı...

Baxış sayı: 130
Açar sözlər: allah 
Bookmark and Share

Yaradılışın məqsədinin sübutu

Aprel 16, 2008 20:27, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Allaha və Onun, sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta, cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşirlər ki, həyat yalnız indi, yaşadıqları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi bu dünyadan yalnız, bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli, Onun bir məqsədi var və biz, o məqsədi və ya səbəbi bilməliyik.

Davamı...

Baxış sayı: 67
Açar sözlər: sebebkar 
Bookmark and Share

Həyatınızın əsas məqsədi nədir?

Aprel 16, 2008 20:23, Həyatınızın əsas məqsədi nədir? , Kənan, Şərhlər(0)

Allaha və Onun, sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta, cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşirlər ki, həyat yalnız indi, yaşadıqları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi bu dünyadan yalnız, bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli, Onun bir məqsədi var və biz, o məqsədi və ya səbəbi bilməliyik.

Davamı...

Baxış sayı: 71
Açar sözlər: həyat 
Bookmark and Share



  Yazılar cəmi: 10   


Blog Haqqında

Kənan

Həyatın Bir Anı Şəkillərdə Birləşir !

Məmimlə Əlaqə:

E mail:Bosslider777@inbox.ru


Bölmələr


Archive


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu


Açar sözlər


Sayqaç


Müxtəlif



top.SUMQAYIT Top on A-Z.az


Web Stats