Reklam verin!
KənanAprel 23, 2008 23:31
Cavanşir Məmmədov:
Şou-dünyasında hökm sürən dərəbəyliyin əleyhinə çıxan əməkdar artist Cavanşir Məmmədov yenə kəskin danışır. Deyir onu sakit oturmamağa məcbur edən amillərdən ən birincisi, özünü meydanda ulduz hesab edən bəzi «müğənnilərin» əsl sənətkarlara göstərdiyi hörmətsizlikdir. Düzdür, müsahibə zamanı başqa mətləblərdən də hali olduq. Davamı...
KənanAprel 23, 2008 23:29
Britni Spirs rejissor olacaq
Show-QayNar: Məşhur pop ulduzu Britni Spirs  "Blakout" adlı sonuncu albomunda yer alan mahnılarından birinə öz rejissorluğu ilə videoklip çəkməyi planlaşdırır. Müğənni bu qənatə «Necə sənin ananla rastlaşdım» filminin çəkilişlərindən sonra gəlib. Davamı...
KənanAprel 23, 2008 23:25
Manaf Ağayev:
«Toylar kralı kimdir»- bu sual yenidən şou-sakinlərinin ən çox müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Söhbət o həddə çatıb ki, artıq toy məclislərini idarə edən kişi müğənniləri susmaqdan çox, özlərinə bəraət qazanmaqda maraqlı görünürlər. Davamı...
KənanAprel 23, 2008 23:22
Arzu Mələk:
Müğənni Arzu Mələk onu əməkdar artist Nazpəri Dostəliyeva bənzədənlərə cavab verdi. Sənətçi, təvazökarlıqdan uzaq olsa da birinci növbədə öz gözəlliyini ön plana çəkdi: «Dəfələrlə tanımadığım insanlar yaxınlaşıb qəribə sualla müraciət edirlər: «Arzu xanım, sizin valideynlərinizdən biri təsadüfən rəssam deyil?». Davamı...
KənanAprel 23, 2008 23:17
Maestro Ceyhun bir layihəyə 40 min dollar xərclədi

«Sibel Canla çoxdan bəri davam edən dostluq münasibətlərim yaxın müddətdə layihə şəklində özünü göstərəcək"

Skiripkaçı Ceyhun son aylar böyük vədlər verir. Hətta o, layihə iştirakçıları arasında əcnəbi sənətçilərə də yer ayırıb. Mətləbə keçməzdən öncə, onun yerli sənətçilərdən biri ilə layihəsi barədə məlumat verək. Davamı...
KənanAprel 23, 2008 22:52
MERLİN MONRONUN PORNOFİLMİ TAPILDI

FBR-in 1950-ci ildə gizli çəkdiyi lentin surəti hərracda 1,5 milyona satıldı

Show-QayNar: Adı, ABŞ-ın keçmiş prezidentlərindən Kennedinin müəmmalı qətl hadisəsində hallanan məşhur kino ulduzu Merlin Monronun pornofilmi tapıldı.
15 dəqiqəlik rolik hərracda satılıb. Film üçün küllli miqdarda- 1,5 milyon dollar pul ödəyən alıcının kimliyini də Amerika mətbuatı öyrənə bilib. Məlum olub ki,
Davamı...
KənanAprel 20, 2008 23:42

Münəccim Firudin Qubansoy: "Estradada dünya miqyasına çıxarılacaq sənətkarımız yoxdur"

«Şərq təqvimi ilə yaşadığımız torpaq kəsəyəni ilində şou-biznes əhlinin işi təsəvvür etdiyimizdən də yaxşı gedəcək və tamaşaçıların beynini boş-boş işlərlə məşğul edəcəklər. Halbuki, əhalinin beynini düşündürəcək o qədər problem var ki, beyin artıq informasiyanı yükləməyə qadir deyil. Davamı...
KənanAprel 20, 2008 23:39
Gülyanaq Məmmədova:
Gülyanaq Məmmədova ikinci dəfə ana olmağa hazırlaşır. Lakin müğənni bunu qətiyyən reklam etmək fikrində olmadığını söylədi: «Əslində, bu xəbəri sirr olaraq saxlayırdım. Bu qənaətdə idim ki, görünüşüm bunu biruzə verənə qədər bu barədə danışmayım. Lakin xəbər «Bazar» verilişində yayımlanandan sonra gizlədə bilmədim. Mən ümumiyyətlə, şəxsi həyatını, eləcə də ana olacağını reklam edən sənət adamlarına pis baxıram. Düşünməmişəm ki, ana olmaq müğənninin piyar kampaniyasına çevrilə bilər. Amma təəssüf ki, bundan istifadə edənlər var». Davamı...
KənanAprel 20, 2008 23:36
Azəri qızı Günel:
Günelin Bakıya hər gəlişi müəyyən məqamlarla yadda qalır. Daha çox qalmaqala meylli olan gənc müğənninin iddialı çıxışları həmkarlarında qıcıq yaradır. Onun sonuncu çıxışının mövzuya çevriləcəyi istisna edilmir. Müğənninin bildirdiyinə görə, Azərbaycanlı sənət adamları çox yüksəkdən gedirlər, onlar çox iddalıdırlar. Bunu xırdalamaq istəməyən azəri qızı şou-proqramları buna misal çəkdi. Onun fikrincə, bu yönlü verilişlərin qəhrəmanlarının hər bir kəlməsi insanda ikrah hissi yaradır: «Amma Türkiyədə belə deyil. Böyük-kiçik yeri bilinir. Kim-kimə gəldi boş yerə söz atmır. Bir də ki, reallıqdan danışırlar».
Davamı...
KənanAprel 20, 2008 23:33
Röya dövlət qurumlarının iç üzünü açdı

Məhkəmə çəkişməsində ortaya çıxan absurdlar haqqında

Eynən Röyanın oxuduğu kimi oldu, “mənə bu nağılın sonunu söylədilər”. Nəsimi rayon Məhkəməsinin hakimi Məmməd Məmmədov da TQDK sədri Məleykə Abbaszadəyə qarşı qaldırdığım iddianı əsassız saydı. Yada salaq, xanım Abbaszadəni niyə məhkəməyə vermişdik?

Davamı...
KənanAprel 20, 2008 23:28
Göyçək Fatimə efirdən niyə narazıdır?

Rəqqasə deyir ki, efir onu kök göstərir...

“Göyçək” ləqəbi ilə şou-biznes aləminə qatılan, gah “oriyental”, gah da milli və hind rəqsləri ilə gündəmə gələn rəqqasə Fatimə son günlər burnunda etdirdiyi əməliyyatla  söz-söhbət qoparıb...  Əməliyyatın uğurlu alınmasından ürəklənən rəqqasə vaxtilə “GÜN səhər”ə açıqlamasında bir ildən sonra yeni əməliyyata getmək fikrində olduğunu söyləmişdi. Ancaq, deyəsən, fikrindən daşınıb.
  

Davamı...
KənanAprel 20, 2008 23:20
Aygün Kazımova:
Əməkdar artist Aygün Kazımova aprelin 1-dən tamaşaçılarına “Xeyir ola” proqramının vədini vermişdi. Vədin üstündən nə az, nə çox, iki həftə keçib. Xeyir ola, veriliş niyə yayımlanmır? 
Davamı...
KənanAprel 20, 2008 23:18
Aqil M.Quliyev sənətçilərimizə kameranın gözü ilə baxdı

"MAHNISINI BƏYƏNMƏDİYİM VƏ "BOZBAŞ" ADLANDIRILAN MÜĞƏNNİLƏRƏ KLİP ÇƏKMƏKDƏN İMTİNA ETMİŞƏM"

Müğənnilər arasında olduğu kimi, rejissorlar arasında da ən yaxşı klip çəkən və ən bahalı rejissor adı uğrunda güclü rəqabət gedir. Lakin sənətçilərdən fərqli olaraq rejissorlar sadəcə sağlam rəqabət aparırlar. Onların sayının müğənnilərə nisbətən az olması da, mənasız söz-söhbətləri minimuma endirir. Davamı...
KənanAprel 20, 2008 23:16
«Bakılı oğlanlar» arasında narazılıq

Komanda yeni tərkibdə fəaliyyətə başlayacaq

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu yeni tərkibdə yenidən fəaliyyətə başlayacaq. Bu barədə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun direktoru Pərviz Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq ilk seçim turu başa çatıb və 17 nəfər seçilib: Davamı...
KənanAprel 20, 2008 23:14
Niyaməddin Musayevin yalanı üzə çıxdı

“Gecələr” Müəllif Hüquqları Agentliyində Bəhram Nəsibovun mahnısı kimi qeydiyyatdan keçib

“Gecələr” mahnısının müəllifliyi ilə bağlı xalq artisti Niyaməddin Musayev müğənni Elnur Məmmədovu yalançılıqda ittiham etmişdi. Xatırladaq ki, Elnur “Nömrə 1” müsabiqəsində ”Gecələr” mahnısının müəllifi kimi Bəhram Nəsibovu göstərmiş, Niyaməddin Musayev isə buna etiraz eləmiş, “Gecələr”in özünə aid olduğuna açıq işarələr vurmuşdu. Xalq artistinin belə mübahisəli mahnı müəllifliyi çoxdanın söhbətidir...
Davamı...
KənanAprel 20, 2008 23:11
Firuzə İbadova qızına toy etdi

«Tural» restoranında Əməkdar artist Firuzə İbadova qızı Hülyaya möhtəşəm toy çaldırdı. TrendLife olaraq bu toyda baş verənləri işıqlandırmaqda biz də maraqlı olduq. Saat 18:00-a dəvətli olan qonaqlar nədənsə bir saat yubandıqdan sonra məclisə təşrif buyurdular. Bu səbəbdən də gecənin əsas qəhrəmanları Hülya-Cavid cütlüyü bir xeyli onları gətirən avtomobildə oturmaq məcburiyyətndə qaldı. Ancaq gecikmə bəylə-gəlinin əhvalını zərrə qədər də pozmadı. Maşında şirin-şirin söhbət edən cütlüyə diqqət yetirən zaman bunun şahidi olduq. Öncə Hülya danışdı: «Ağ gəlinlikdə özümü çox sərbəst hiss edirəm. Əminəm ki, toyumuz biz gözləyəndən də maraqlı keçəcək». Cavid bəy isə yalnız başını tərpətməklə, gələcək həyat yoldaşının sözlərini təsdiqlədi.

Davamı...
KənanAprel 20, 2008 23:07
Aygün Şükürova: «Popstar Alaturka»da iştirakdan sonra həyatımda çox şey dəyişdi

"Bizim səsi olmayan ulduzlardan fərqli olaraq orada istedadsız müğənni loru dillə desək «at oynada» bilmir"

İndi hamı ondan danışır. Gözaydınlığı verməkdən ötrü bir çoxları onu təbrik etməyə çalışır. Amma «Popstar Alaturka»nın dördüncüsü Aygün Şükürova hələ də həmin müsabiqəsini abu-havası ilə yaşayır. Davamı...
KənanAprel 20, 2008 23:04
Nazənin burnunda plastik əməliyyat etdirib
Məclislərin birində fərqli imiclə gözlərə dəyən müğənni Nazənin, ona göstərilən bu diqqətdən deyəsən heç də məmnun deyil. Sənətçi deyir ki, peşəsindən asılı olmayaraq, bütün xanımlar öz görkəmlərinə fikir verməlidirlər: «Bir çoxları soruşur ki, Nazənin xanım, son vaxtlar niyə belə dəyişmisiniz. Mən isə cavabında deyirəm, bədənimdə yox, üz cizgimdə cərrahi əməliyyat etdirmişəm. Heç bilməzdim, insan burnunda əməliyyat etdirməklə kimlərinsə gözündə bu qədər dəyişə bilər». Davamı...
KənanAprel 20, 2008 23:00
Elnur subaylığın daşını atır

"Dəbdəbəli toy çaldırmağı fikirləşmirəm"

Gözünüz aydın. Müğənni Elnur da subaylığın daşını atmağa qərar verib. Sənətçi bu xəbəri belə izah etməyə çalışdı: «Məncə, hər bir gənc evlənmək haqqında düşünür. Mən də subaylığın daşını atmağa çox qərarlıyam. Xanım pərəstişkarlarımı məyus edəcək xəbər olsa da, deyirəm ki, artıq qız tapmışam. Davamı...
KənanAprel 15, 2008 13:44
İZZƏT BAĞIROVA EFİR MƏHDUDİYYƏTİ

Müğənninin fikrincə, bəzi telekanallar və radio dalğaları onun yaradıcılığına maraq göstərmirlər

Vaxtilə siması ekranların yaraşığına çevrilən müğənni İzzət Bağırov indi bunun xiffətini çəkir. Müğənninin etirafına görə, bir neçə kanalda, eyni zamanda, radio dalğalarında onun musiqi nömrələrinə az rast gəlmək olur. Elə radio dalğaları var ki, müğənninin ifasını aylarla səsləndirmir. Bu qənaətdə olan İzzət Bağırov məhdudiyyətin səbəbini anlaya bilmədiyini söylədi: "ATV telekanalı və onun iki radiosundan başqa, digər kanallar mənim yaradıcılığıma soyuq yanaşırlar. Hətta vətənpərvər mahnılarım belə xüsusi günlərdə səsləndirilmir".

Davamı...
KənanAprel 15, 2008 11:44

Flora Kərimova əməliyyat olunacaq. Xalq artisti gözünün ətrafında əmələ gələn şişkinliyi götüzdürəcək

Görkəmli müğənni, xalq artisti Flora Kərimova gözünün ətrafında əmələ gələn şişkinliyin götürülməsi üçün əməliyyat olunacaq. Son vaxtlar müğənnilər arasında dəb olan plastik əməliyyata həvəs göstərənlərdən fərqli olaraq Flora xanım bu işə bir qədər tərəddüdlə yanaşır.
Hazırda isə

Davamı...
KənanAprel 15, 2008 11:35

İlqar Xəyal həvəsdən düşüb. Bəyənmədiyi müğənnilərin meydan sulaması onu yaradıcılıqdan soyudub

 

Bir zamanlar "Karvan" qrupu nəinki ölkəmizdə, bütün keçmiş SSRİ respublikalarında məşhur idi. Qrupun dağılmasından çox illər keçsə də, "Karvan"ın mahnıları bu gün də sevilə-sevilə dinlənilir.
"Ekspress"in müxbiri ilə söhbətində qrupun solistlərindən olan İlqar Xəyal hələ də "Karvan"ın xəyallarından ayıla bilmədiyini etiraf edib: "Belə bir məsəl var: hər kəsin öz dövranı var. Vaxt vardı ki, "Karvan" qrupunun konsertləri nəinki Azərbaycanda, keçmiş SSRİ-nin hər yerində böyük anşlaqla keçirdi. Təəssüflər olsun ki, indi heç bir müğənni xaricdə anşlaqla konsert vermək gücündə deyil. Bizim qrupun dağılmasından neçə illər keçib, hələ də məni "Karvan"a görə tanıyırlar. Şou-biznes ortalığa çıxandan sonra aləm bir-birinə dəydi. Bu gün üzdə olan sabah yaddan çıxır. Bu isə o deməkdir ki, onlar populyar olmaq və gündəmdə qalmaq xatirinə sənətə gəlirlər".
Müğənni "bəs siz niyə şou-biznesə qatılmadınız? Axı, sizin həm imiciniz, həm repertuarınız şou-biznesdə söz deməyə imkan verir" sualına əvvəlcə cavab vermək istəməsə də, sonradan bunları söyləyib: "Mən şou-biznesə qatılmamağıma peşman deyiləm. Doğrudur, bizim şou-biznesdə olanlarla münasibətim pis deyil, yalnız onu qeyd etmək istəyirəm ki, bu aləmdən uzaq olsam yaxşıdır. Çünki şou-biznes deyəndə, bizdə qalmaqal nəzərdə tutulur. Mən də belə qalmaqallardan uzaq olsam yaxşıdır. Həm də televiziya ekranlarına, tamaşaçı qarşısına çıxanda, gərək yeniliklərlə çıxasan. Boş-boşuna çıxmağın nə faydası var".

Davamı...
  Yazılar cəmi: 22   




top.SUMQAYIT Top on A-Z.az