Reklam verin!
 Həyatın Bir Anı : sebebkar.azeriblog.com

Navigation


RSS: Yazılar



İlham Əliyevin Təyyarəsinin Salonu Amerikada Yığılıb

Aprel 14, 2008 15:42, Qəzetlər nə yazır?, Kənan, Şərhlər(0)

İLHAM ƏLİYEVİN TƏYYARƏSİNİN SALONU AMERİKADA YIĞILIB

“The Wall Street journal”: “Supervarlılar üçün “uçan saraylar” hazırlayan firmaların işi başından aşır”

Azərbaycan prezidentinin “Airbus 319 supercet” tipli yeni təyyarəsinin salonu Amerika şirkəti tərəfindən yığılıb. Bu məlumat “The Wall Street Journal” qəzetində dərc edilmiş məqalədə yer alır. Məqalə dünyanın supervarlı adamları üçün “uçan saray” tipli hər cür komforta malik dəbdəbəli təyyarə salonları yığan şirkətlərin işindən bəhs edir. Bildirilir ki, indi belə şirkətlərin işi başındna aşır, çünki yeni aldıqları “Boeing”, yaxud “Airbus” tipli təyyarələrin salonlarını dəbdəbəli formada yığdırmaq istəyən varlı müştərilərin sayı çoxdur.

Davamı...

Baxış sayı: 94
Açar sözlər: ilham əliyev 
Bookmark and Share

Moskvada Azərbaycanlı Ailəsinin Tükürpədici Faciəsi

Aprel 14, 2008 15:30, Qəzetlər nə yazır?, Kənan, Şərhlər(0)

MOSKVADA AZƏRBAYCANLI AİLƏSİNİN TÜKÜRPƏDİCİ FACİƏSİ

Həmyerlimiz 8 yaşlı oğlunu öldürüb, daha sonra intihar edib

Rusiyada daha bir azərbaycanlı faciəsi qeydə alınıb. “Vesti-Moskva” telekanalının məlumatına görə, Moskvanın “Sentralnı” dairəsi, Vorontsovski küçəsində yaşayan 38 yaşlı azərbaycanlı əvvəlcə 8 yaşlı oğlunu öldürüb, daha sonra intihar edib. Məlumata görə, onun mənzilində qışqırıq səslərini eşidən qonşular milis çağırıblar. Mənzilə daxil olan milis əməkdaşları uşağın cəsədi və yanında özünü asmış ata ilə qarşılaşıblar.
Qonşuların bildirdiyinə görə, uşağın valideynləri boşanıb və oğlan atasının yanında qonaq qalırmış. Qonşulardan biri Yelena Antipova deyib ki, ər-arvad normal insanlar olublar: “O, həmişə qonşulara kömək etməyə çalışırdı, indiyədək heç vaxt hansısa pis hərəkətini eşitməmişik”.
Məlumata görə, 

Davamı...

Baxış sayı: 67
Açar sözlər: moskva 
Bookmark and Share

Kəmaləddin Heydərov Müsavatın Qərargahını Satın Alıb?

Aprel 14, 2008 15:25, Qəzetlər nə yazır?, Kənan, Şərhlər(0)

KƏMALƏDDİN HEYDƏROV MÜSAVATIN QƏRARGAHINI ALIB?

Partiyanın yerləşdiyi ərazi və Evtikmə Kombinatının bölüşdürüldüyü bildirilir

QayNar: "Aldığımız məlumata görə, 8-ci mikrorayon yaşayış massivində yerləşən 2 saylı Evtikmə Kombinatına məxsus ərazi bölüşdürülüb və özəlləşdirilib. Bunun da nəticəsində kombinatın ərazisi “Dövlətqaçqınkom”un sədri Əli Həsənovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əllərinə keçib. 8 hektarlıq ərazinin 3 hektarı “Dövlətqaçqınkom”a, 5 hektarı isə K.Heydərova məxsus “Gilan Holdinq” tikinti şirkətinə verilib. İkinciyə aid torpaq sahəsinin özəlləşdirilməsi prosesinə isə bu günlərdə yekun vurulub."- bu sözlər "Yeni Müsavat" qəzetinin bu günkü sayında dərc olunmuş "Kəmaləddin Heydərov Müsavatın qərargahını alıb" məqaləsindən götürülüb.

Davamı...

Baxış sayı: 87
Açar sözlər: kəmaləddin heydərov 
Bookmark and Share

Bakıda Kriminal Avtoritet Edam Olundu

Aprel 14, 2008 15:20, Qəzetlər nə yazır?, Kənan, Şərhlər(0)

BAKIDA KRİMİNAL AVTORİTET EDAM OLUNDU

“Əzizbəyov” metrosunun yaxınlığında dəhşətli qətl

Zülfüqar Babayevi Siciliya mafiyasının istifadə etdiyi üsulla asıblar

Dünən səhər metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb. Dəhşətli mənzərənin şahidi olanlardan biri bu barədə Bakı Şəhər Baş və Sabunçu Rayon Polis idarələrinə məlumat verib. Dərhal əraziyə operativ qrup göndərilib. Hadisənin şahidlərinin sözlərinə görə, körpüdən asılmış kişinin əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb. Meyitin hadisə yerində fotoşəkilləri çəkildikdən sonra “morq”a aparılıb. İlkin müayinə zamanı mərhumun 35-40 yaşlarında olması müəyyənləşib.
Həmçinin meyitin üzərində xəsarət izləri də aşkar olunub. İlkin versiyalardan biri budur ki, asılmazdan əvvəl onu döyüblər. Sonra isə əl-qolunu bağlayaraq mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salınaraq körpüdən aşağı atıblar.

Davamı...

Baxış sayı: 95
Açar sözlər: qəzet 
Bookmark and Share



  Yazılar cəmi: 4   


Blog Haqqında

Kənan

Həyatın Bir Anı Şəkillərdə Birləşir !

Məmimlə Əlaqə:

E mail:Bosslider777@inbox.ru


Bölmələr


Archive


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu


Açar sözlər


Sayqaç


Müxtəlif



top.SUMQAYIT Top on A-Z.az


Web Stats