İlham Əliyevin Təyyarəsinin Salonu Amerikada Yığılıb
“The Wall Street journal”: “Supervarlılar üçün “uçan saraylar” hazırlayan firmaların işi başından aşır”
Azərbaycan prezidentinin “Airbus 319 supercet” tipli yeni təyyarəsinin salonu Amerika şirkəti tərəfindən yığılıb. Bu məlumat “The Wall Street Journal” qəzetində dərc edilmiş məqalədə yer alır. Məqalə dünyanın supervarlı adamları üçün “uçan saray” tipli hər cür komforta malik dəbdəbəli təyyarə salonları yığan şirkətlərin işindən bəhs edir. Bildirilir ki, indi belə şirkətlərin işi başındna aşır, çünki yeni aldıqları “Boeing”, yaxud “Airbus” tipli təyyarələrin salonlarını dəbdəbəli formada yığdırmaq istəyən varlı müştərilərin sayı çoxdur.



