Bakıda Kriminal Avtoritet Edam Olundu
“Əzizbəyov” metrosunun yaxınlığında dəhşətli qətl
Zülfüqar Babayevi Siciliya mafiyasının istifadə etdiyi üsulla asıblar
Dünən səhər metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb. Dəhşətli mənzərənin şahidi olanlardan biri bu barədə Bakı Şəhər Baş və Sabunçu Rayon Polis idarələrinə məlumat verib. Dərhal əraziyə operativ qrup göndərilib. Hadisənin şahidlərinin sözlərinə görə, körpüdən asılmış kişinin əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb. Meyitin hadisə yerində fotoşəkilləri çəkildikdən sonra “morq”a aparılıb. İlkin müayinə zamanı mərhumun 35-40 yaşlarında olması müəyyənləşib.
Həmçinin meyitin üzərində xəsarət izləri də aşkar olunub. İlkin versiyalardan biri budur ki, asılmazdan əvvəl onu döyüblər. Sonra isə əl-qolunu bağlayaraq mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salınaraq körpüdən aşağı atıblar.
Baxış sayı: 142
Açar sözlər: qəzet

